Cümə, 29.03.2024, 10:06
Main
Registration
Login
www.Elegant-az.tk
Welcome Qonaq | RSS
Site menu
Bölmələr
Programlar
Musiqiler
Resimler
Mobil dunya
Xeberler
Avto dunya
Idman
Xaker
Oyunlar
Azeri programlar
Video
Kino ve klipler
Yumor
Suallar və Cavablar
Maraqlı
Mini çat
Sorğu
Siz hansı klubun azərkeşisiniz?
1. Galatasaray
2. Fenerbahce
3. Barcelona
4. Inter Baki
5. Besiktas
6. Manchester United
7. Chelsea
8. Inter
9. Milan
10. Roma
11. Juventus
12. Qarabagh
13. Real Madrid
14. Arsenal
15. Liverpool
Total of answers: 25

Indi saytda 1
Qonaq 1
İstifadəçilər 0
Main » 2010 » Yanvar » 20 » 21-ci Əsrin Atalar Sözləri
11:12
21-ci Əsrin Atalar Sözləri

21-ci Əsrin Atalar Sözləri:


1. Anası gəzən ağacı balası Mersedesdə gəzər.
2. Sevgi seven merd olar, sevmeyen namerd olar. Seversen ayrılasan, bax bu yaman mırt olar.
3. Keçəl dərman tapsaydı, səhiyyə naziri həbs olunmazdı.
4. Xeyirsöyləməzə dedilər xeyir söylə, dedi: "Mənnən məzələnirsiniz?!"
5. Arvadın sözünə qulaq as. Qulağında "nauşnik"lə.
6. Çörəyi ver çörəkçiyə, de ki, çəkisi azdı.
7. Qara qızın problemi var.
8. Müğənni ulduz görməsə ölməz.
9. İt hürər karvan keçər. Karvanın yuxarıda adamı var.
10. Bağda ərik var idi salam-əleyk var idi. Bağda ərik qurtardı, əncir yetişdi.
11. Qız evi restoran danışır, oğlan evinin xəbəri yox.
12. Soğan yeməmisənsə niyə it iyi verirsən?
13. Od olmayan yerdə kabab bişirmək olmaz.
14. Anasına bax qızını al, atasına bax maşınını.
15. Ətini yesəm də, kartofunu sənə saxlayacam.
16. İgid ölər bankda pulu qalar.
17. Yaxşı dost ad günündə tanınar.
18. Stamatoloq verən atın dişinə baxmazlar.
19. Borclu borclunun mobil telefonunu əlindən alar.
20. Tənbələ dedilər, qapını ört, tənbəl pultu basdı qapı örtüldü.
21. İlanı yuvasından çıxarırlar, yuva plana düşüb.
22. İlanın ağına da lənət, qarasına da. Mavisi ilə işin olmasın Avropa Şurasına şikayət edər.
23. Dünya bir plastik pəncərədi, almağa pulu çatmayan gələr, baxar gedər.
24. Karın könlündəki, korun qulağındakı.
25. Bala "baunty"dən şirindi.
26. Hay-hayla gələn İbrahim Tatlısəslə gedər.
27. Qadın yıxan evi heç bələdiyyə də yıxmaz.
28. İgid odur atdan düşə atlana, igid odur kreditə yox, nəğd ala.
29. Yalançının evi yandı, Nəsimi rayon Yanğınsöndürmə idarəsi inanmadı.
30. Gözələ baxarlar. Yanında oğlanı olmasa.
31. Salam aldın, çek tələb et.
32. Hər gözəlin bir eybi var. Mənim də.
33. Pişiyin əli ətə çatmayanda gedib nərdivan gətirər.
34. Qozbeli aerobika düzəldər.
35. Lələ köçüb Əhmədliyə, yurdu verib kirayəyə.
36. Uzaq qohumdansa yaxşı yerdə işləyən qonşu yaxşıdır.
37. Qızı özbaşına buraxsan ya sekuritiye geder, ya da sintizator çalana.
38. Bələdiyyədən çıxdıq, İcra hakimiyyətinə düşdük.
39. Su axar çuxurunu tapar-alt mərtəbədəki qonşunun evi batar.
40. Kosmetika sevən göyçək olar.
41. Topala dedilər ki niyə axsayırsan?Dedi mən axsamıram, asfaltı əyri vurublar.
42. Qızı mindirərsən maşına o da çıxar başına.
43. Aşıq eldən gələr, oğul Ursetdən.
44. Sevginin gözü kor olar, sevgilinin qulağı şəlpə.
45. Kimin əvvəli, serialın axırı.
46. Yetimə gəl-gəl deyən çox olar, kredit verən az olar.
47. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq Vergilər Nazirliyi.
48. Tək əldən səs çıxmaz. Çıtma çalmasan.
49. Başın girməyən yerə CV vermə.
50. Çata gir tayını tap...


Category: Yumor | Views: 1154 | Added by: light_star | Rating: 0.0/0
Total comments: 3
13.03.2010
Şərh  #3  (Leonardo)

GULMELIDIR.



10.02.2010
Şərh  #2  (resid271)

cox qeseng cox sag ol smile happy



20.01.2010
Şərh  #1  (bahruz96)

TESEKKURLER



Only registered users can add comments.
[ Registration | Login ]
Axtarış
Arxiv
Site friends
  • 3w.santra.tk

  • | Copyright MyCorp © 2024 | |