Azerbaycanlı futbolçuların maşınları (SİYAHI) - 17 February 2010 - Ən yeni xəbərlər, oyunlar,proqramlar yalnız bir arada
Bazar ertəsi, 05.12.2016, 02:22
Main
Registration
Login
www.Elegant-az.tk
Welcome Qonaq | RSS
Site menu
Bölmələr
Programlar
Musiqiler
Resimler
Mobil dunya
Xeberler
Avto dunya
Idman
Xaker
Oyunlar
Azeri programlar
Video
Kino ve klipler
Yumor
Suallar və Cavablar
Maraqlı
Mini çat
Sorğu
Siz hansı klubun azərkeşisiniz?
1. Galatasaray
2. Fenerbahce
3. Barcelona
4. Besiktas
5. Inter Baki
6. Manchester United
7. Chelsea
8. Liverpool
9. Juventus
10. Roma
11. Qarabagh
12. Real Madrid
13. Arsenal
14. Milan
15. Inter
Total of answers: 25

Indi saytda 1
Qonaq 1
İstifadəçilər 0
Main » 2010 » Fevral » 17 » Azerbaycanlı futbolçuların maşınları (SİYAHI)
21:43
Azerbaycanlı futbolçuların maşınları (SİYAHI)

XX
əsrin sonları. Azərbaycanda futbol üzrə ölkə çempionatı yeni-yeni
keçirilməyə başlanır. Əlbəttə ki, həmin dövrdə hər hansı peşəkarlıqdan,
maddi dayaqlardan söhbət gedə bilməzdi. Futbolçular adətən, 50 dollar
maaş alırdılar. Bəzi oyunçular isə öz biznes sahəsini qurub, idmanın
şahına hobbi kimi baxırdılar. Futbol klublarının çoxunu rayonda
ad-sanı, marketləri, vəzifəsi olan şəxslər maliyyələşdirirdilər. Həmin
şəxs işdən çıxarılanda və ya gəliri azalanda klubun gələcək taleyi sual
altına düşürdü. "Neftçi”, "Kəpəz”, "Şəmkir”, bəlkə də "Turan” istisna
olmaqla, digər klubların normal avtobusu belə yox idi. Səfər matçlarına
getmək, futbolçular üçün zədələnməkdən və ya futboldan uzaq qalmaqdan
daha ağır görünürdü. 300 və ya 400 km. kələ-kötür yollarla getdikdən
sonra həmin futbolçular oyuna çıxırdılar. Matçdan sonra tərləri
qurumamış, həmin avtobusa minib geri qayıdırdılar. Otel nə idi,
dincəlmək nə idi?

Artıq XX əsr başa çatırdı. Millət "Jiquli” ilə
"sağollaşıb”, "Mercedes”lə tanış olurdu. Zamanın tələbinə uyğun olaraq,
futbolçuların da yaşayışı və əməkhaqları normallaşırdı. Amma hələ
1999-2000-ci illərdə də cüzi maaşa oynayan futbolçulara rast gəlinirdi.
2003-04-cü illərdə isə Azərbaycan futbolunda maddi inqilab başlandı.
Artıq futbolçular milli valyutanı bəyənmir, dolları bağırlarına
basırdılar. İllər keçdikcə futbolçuların maddi vəziyyətləri daha da
yaxşılaşır və onlar cəmiyyətin elit təbəqəsinə çevrilirlər.

Artıq
XXI əsrdə yaşayırıq. Futbolçular külək vuranda "qanad”ı çıxmaq
təhlükəsi olan mikroavtobuslara möhtac deyillər. Artıq "Neftçi”
bazasının önündə insan yox, maşın izdihamı yaşanır. Məşq və ya oyun
bitəndən sonra futbolçular klubun avtobusuna deyil, öz maşınlarına
minirlər. Səfərə çıxmaq futbolçular üçün cəhənnəmi görüb gəlməkdən
betər deyil.

Maraqlıdır ki, futbolçularımız maşınları əlcək kimi
dəyişirlər. Onları bir gün bu, o biri gün isə başqa maşında görürsən.
Məsələn, Zaur Ramazanovun
maşını getdiyi yerdən asılı olaraq dəyişir. 34 yaşlı futbolçu məşqə
"07”-də, gəzməyə "İnfiniti”də yollanır. Zaurun bütün maşınları
Bakıdadır. Elə futbolçu da var ki, bölgədə doğulub, amma paytaxt
klubunda oynayır. Onun bir maşını rayonda, digəri isə Bakıdadır.
Elələri də var ki, indi "11 nömrəyə” (iki ayaq nəzərdə tutulur)
möhtacdır. Elə bilməyin ki, kasıblayıb. Sadəcə, köhnə maşınını satıb,
yenisini alarkən model seçməkdə tərəddüd edir.

Gəlin görək,
azərbaycanlı futbolçulardan hansının maşını var? Onlar hansı modelləri
bəyənirlər? Avtomobilə külli miqdarda pul xərcləyənlər kimlərdir?

1. Aftandil Hacıyev
(Azərbaycan yığmasının keçmiş üzvü, "Qarabağ”ın müdafiəçisi): Antalyaya
təlim-məşq toplanışına getməzdən öncə "Mercedes” markalı maşınını
satıb. İndi futboldan çox yeni model seçməyə vaxt ayırır. Bu həftə
ərzində yeni maşınına qovuşacaq.

2. Xaqani Məmmədov
(Azərbaycan yığmasının sabiq üzvü, "Karvan”ın oyunçusu): Karyerası
ərzində iddialı klublarda oynayıb. Maşına həvəsi var, hazırda "BMW X5”
sürür.

3. Zaur Ramazanov (Azərbaycan yığmasının sabiq üzvü, "Karvan”ın hücumçusu): Zaur hər il bir maşın dəyişir. İndi son model "İnfiniti” sürür.

4. Samir Abbasov
(Azərbaycan yığmasının və "İnter”in üzvü): Samir karyerasının son
illərində pis qazanmayıb. Amma nədənsə, maşınını tez-tez dəyişmir. Uzun
müddətdir ağ rəngli "Prado” sürür.

5. Ceyhun Sultanov
(Azərbaycan yığmasının keçmiş üzvü, "Xəzər Lənkəran”ın
yarımmüdafiəçisi): Ceyhun uzun müddətdir zədəli olsa da, maddi gəliri
yaxşıdır. 3 ildir "Xəzər Lənkəran”da çıxış edən futbolçunun son model
"İnfiniti”si var.

6. Yunis Hüseynov (Azərbaycan
yığmasının keçmiş üzvü, "Karvan”ın baş məşqçisi): Şübhəsiz, Yunis
Hüseynov ölkəmizin ən populyar futbolçu və məşqçilərindəndir. Onun
maşını da son model "BMW X5”dir.

7. Ayxan Abbasov:
(”Qarabağ”ın üzvü): Son illər ehtiyatda qalmasına baxmayaraq, yaxşı
karyeraya malikdir. Boyu bəstə olsa da, hündür maşın sürür. Qara "ML
32”si var.

8. Namiq Yusifov
(”Qarabağ”ın üzvü): Zaur Ramazanov 1 il öncə "Porşe” sürürdü. Onunla
qəzaya düşdü və maşınını satmaq qərarına gəldi. Onu kim alsa yaxşıdır?
Komanda yoldaşı Namiq Yusifov. Namiq hələ də Zaurdan aldığı "Porşe”dən
istifadə edir.

9. Aslan Kərimov
(Azərbaycan yığmasının keçmiş üzvü, "Qarabağ”ın kapitanı): Ölkənin ən
hörmətli futbolçularındandır. Oynadığı yerə sadiqlik nümayiş etdirib və
bunun qarşılığını görməkdədir. "Köhnə dünya”nın adamı olsa da, yeni
model avtomobildə gəzir. 37 yaşlı kapitanın bahalı "Tuareg”i var.

10. Kamal Quliyev
(Azərbaycan yığmasının sabiq üzvü, "Standard”ın yarımmüdafiəçisi):
Kamal uğurlu legioner həyatı quran futbolçularımızdandır. Ölkə
daxilində də iddialı klublarda oynayıb. Son vaxtlar işləri yaxşı
getmir. Amma maşın baxımından müasir dövrlə ayaqlaşır - "Range Rover”
sürür.

11. Aqil Məmmədov
(Azərbaycan yığmasının sabiq oyunçusu, "Standard”ın üzvü): Həmşəhərlisi
Kamal Quliyevlə bu sahədə də həmrəylik nümayiş etdirir. O, da "Range
Rover”dən istifadə edir.

12. Hüseyn Məhəmmədov
(Azərbaycan yığmasının sabiq üzvü, "Bakılı”nın qapıçısı): 8 qat
Azərbaycan çempionu sürətli maşınları xoşlayır. Qara "Range Rover”i var.

13. Aqil Nəbiyev
(Azərbaycan yığmasının üzvü, "Olimpik-Şüvəlan”ın kapitanı): Aqil hündür
maşında gəzir. Ötən ilin sonlarında 42 min dollara "Prado” alıb.
Tovuzda da maşını var.

14. Nazim Süleymanov
(Azərbaycan yığmasının keçmiş üzvü, "Olimpik-Şüvəlan”ın baş məşqçisi):
Azərbaycan futbolunun canlı əfsanəsinin deyəsən, əli aşağıdır. O,
Bakının hər tinində rast gəldiyimizi "E klass” sürür.

15. Tərlan Xəlilov
(”Olimpik-Şüvəlan”ın üzvü): Yuxarıda adlarını çəkdiyimiz futbolçulardan
fərqlənir. İkiqapılı maşından, "Hunday Kupe”dən yararlanır.

16. Elşən Poladov
(Azərbaycan yığmasının sabiq üzvü, "Olimpik-Şüvəlan”ın qapıçısı):
Karyerasının bəlkə də ən yaxşı dönəmini indi keçirir. Onun "Prado”su
var.

17. Sahil Kərimov (”Qarabağ”ın üzvü): Maşınını təzə satıb. Komanda yoldaşı Aftandil Hacıyev kimi yeni avtomobil axtarışındadır.

18. Füzuli Məmmədov
(Azərbaycan yığmasının sabiq üzvü, "Karvan”ın oyunçusu):
"Xəzər-Lənkəran”ın məşhur 6 nömrəsinin karyerasında eniş müşahidə
olunur. Buna rəğmən, qazancı azalmayıb. Bu yaxınlarda yeni "BMW X5”
alıb.

19. Rəşad Sadıqov
(Azərbaycan yığmasının kapitanı, "Qarabağ”ın üzvü): Rəşad həmişə öndə
gedib. ölkənin ən məşhur futbolçularından olub. O, BMW-yə sadiqdir.
İndi də "BMW 5”də gəzir.

20. Alim Qurbanov
(Azərbaycan yığmasının keçmiş üzvü, "Xəzər Lənkəran”ın oyunçusu): Alim
Qurbanov bir vaxtlar yaxın dostu Emin Quliyevin maşınını sürürdü. İndi
özünə məxsus avtomobili var. Alim nə BMW-də, nə "Mercedes”də nə də
"Range Rover”də fırlanır. Qurbanov "Mitsibushi”yə üstünlük verir.

21. Novruz Əzimov
(”Olimpik-Şüvəlan”ın məşqçisi): SSRİ dönəmində "Neftçi”də oynamış
Əzimovun maddi vəziyyəti elə də yaxşı deyil. Uzun müddətdir ki, "QAZ
3110”da gəzir. Maşının nömrəsinin özündən baha olduğunu desək,
yanılmarıq.

22. Vüqar Nadirov
(Azərbaycan yığmasının və "Qarabağ”ın üzvü): 22 yaşı olsa da, ölkənin
varlı klublarının formasını geyinib. Hazırda Bakıda nadir hallarda rast
gəlinən "Hammer”i var. Görünür, Nadirovun dağa səyahətlə arası yaxşıdır.

23. Cahangir Həsənzadə:
(Azərbaycan yığmasının sabiq üzvü, "Olimpik-Şüvəlan”ın qapıçısı):
Cahangir son 3 ildə sabit çıxış etmir. "İnter”də olduğu kimi,
"Olimpik-Şüvəlan”da da ehtiyatda oturur. Maşını isə sayılıb-seçilən
firmanı təmsil edir. BMW-sinin qiyməti 20 min dollardan aşağı deyil.

24. Rəşad Abdullayev:
(Azərbaycan yığmasının keçmiş üzvü, "Neftçi”nin hazırkı üzvü): Onu
"Xəzər Lənkəran”da yağ içində böyrək kimi bəsləyirdilər. Lakin ailə
vəziyyətinə görə, "Neftçi”yə keçdi. Hazırda təzə BMW-də gəzir.

25. Ruslan Abışov (”Neftçi”nin və Azərbaycan yığmasının üzvü): Abışovun BMW-si var. Təxminən ilyarımdır bu maşına güvənir.

Digər futbolçuların sürdükləri:

26. Nadir Nəbiyev (Azərbaycan yığmasının sabiq üzvü, "Turan”ın kapitanı): "S class"

27. Maksim Medvedev: (Azərbaycan yığmasının və "Qarabağ”ın üzvü): "Range Rover”

28. Fərhad Vəliyev (Azərbaycan yığmasının və "Qarabağ”ın üzvü): "BMW X5”

29. Qurban Qurbanov (Azərbaycan yığmasının keçmiş üzvü, "Qarabağ”ın baş məşqçisi): "BMW"

30. Əfran İsmayılov (”Qarabağ”ın üzvü): "E class”

31. Samir Əliyev (Azərbaycan yığmasının keçmiş üzvü, "Neftçi”nin hücumçusu): "BMW"

32. Rauf Əliyev ("Qarabağ"ın üzvü): "E class”

33. Elvin Məmmədov (Azərbaycan yığmasının və "Qarabağ”ın üzvü): "E class”

34. Zaur Həşimov (Azərbaycan yığmasının keçmiş üzvü, "Qarabağ”ın müdafiəçisi): "BMW X5”

35. İsmayıl Məmmədov (Azərbaycan yığmasının keçmiş üzvü, "Karvan”ın yarımmüdafiəçisi): "Mercedes”

36. Rəşad Kərimov (”Qarabağ”ın üzvü): "BMW"

Ən bahalı maşın Rail Məlikovdadır.

Futbolçular
maşınları ilə yanaşı, maşının nömrəsinin də xüsusi olmasına çalışırlar.
Bir oyunçu futbolkasının nömrəsi ilə maşının nömrəsinin uzlaşmasını
istəyir. Və əksər hallarda buna nail olur. Bizdə olan məlumata görə,
futbolçular arasında ən bahalı maşına Azərbaycan yığmasının və
"Neftçi”nin əsas üzvlərindən biri Rail Məlikov sahibdir. Onun idarə
etdiyi "Mercedes CLS 55 AMG”nin qiyməti 170 min dollardan çoxdur. Amma
bu maşının təzəsi Rail Məlikova 100 min dollara başa gəlib.

Foqts nədə gəzir?

Öz
ölkəsində çox cüzi maaşa oynayanlar Azərbaycana gəldikdən sonra maşınlı
olurlar. Məsələn, Usim Nduka, Xalidu Sissoko, Aleksey Savinov
Azərbaycana gələndən sonra avtomobil alıblar. Millimizin baş məşqçisi
Berti Foqts isə almayıb, ona xidməti maşın veriblər. Foqts AFFA-nın
ayırdığı "Prado”da gəzir.

 
Category: Idman | Views: 1246 | Added by: light_star | Rating: 0.0/0
Total comments: 1
18.02.2010 Spam
Şərh  #1  (Creative)

angry



Only registered users can add comments.
[ Registration | Login ]
Axtarış
Arxiv
Site friends
  • 3w.santra.tk

  • | Copyright MyCorp © 2016 | |