Şənbə, 20.04.2024, 03:51
Main
Registration
Login
www.Elegant-az.tk
Welcome Qonaq | RSS
Site menu
Bölmələr
Programlar
Musiqiler
Resimler
Mobil dunya
Xeberler
Avto dunya
Idman
Xaker
Oyunlar
Azeri programlar
Video
Kino ve klipler
Yumor
Suallar və Cavablar
Maraqlı
Mini çat
Sorğu
Siz hansı klubun azərkeşisiniz?
1. Galatasaray
2. Fenerbahce
3. Barcelona
4. Inter Baki
5. Besiktas
6. Manchester United
7. Chelsea
8. Inter
9. Milan
10. Roma
11. Juventus
12. Qarabagh
13. Real Madrid
14. Arsenal
15. Liverpool
Total of answers: 25

Indi saytda 1
Qonaq 1
İstifadəçilər 0
Main » 2010 » Yanvar » 23 » Dua Psixologiyası
22:14
Dua Psixologiyası

Dua-bu sözün mənası sığınmaq,xahiş etmək və yalvarmaq mənasını verir. Daha düzgün tərif versək dua,hər şeyə gücü çatan və zənginliyi sonsuz olan birinə yalvarma mənasını verir.

Dua yalnız inanclı insanların həyatında iştirak edən bir anlayış kimi görünsə də əslində inanclı-inancsız hər kəsin həyatında var. Hər hansı bir inanc sistemi ilə əlaqəsi olmayan kəslər belə çətin vəziyyətə düşdükdə, hər hansı bir problemi həll etməyə qadir olmadıqda özündən daha böyük bir gücə sığınmaq istəyir.O gücdən kömək gözləyir. O adam bəlkə bu gücü Allah,Tanrı,və yaxud Budda olaraq xarakterizə etmir, amma yenə də bir üstün gücdən, qarşılaşdığı çətinlikdən özünü qurtarmasını arzu edir.

Niyə insanlar xüsusilə çətin vəziyyətlə qarşılaşdıqda hər hansı bir gücə sığınmaq istəyirlər? Və bu necə bir istəkdir ki, inanclı-inancsız hər kəsdə var?

İnsan dünyaya gələrkən çox gücsüz olur və bir çox şeyə ehtiyac duyur. Ana insanın ilk sığınacağıdır. Ana yeni doğulmuş insan üçün həm qoruyucu həm də bəsləyicidir. Zaman keçdikcə insan böyüyür.Böyüdükcə ananın rolu azalır və bir müddət sonra da ana həyatımızdan çıxıb gedir.Bu müddət ərzində insan xeyli böyüyüb formalaşır, amma problemlər, ehtiyaclar da bir o qədər çoxalmış olur. Kiçik yaşlarda yalnız sevgiyə və ana südünə ehtiyac duyan insanın ehtiyacı xeyli artır. Fəlakətlər, xəstəliklər, qəzalar insanın ətrafını sarıyır. Və insan bu ehtiyaclar və çətinliklər qarşısında tək başına mübarizə aparmaq məcburiyyətində qalır. Üstəlik də daima sığındığı anası və atası yanında deyil. Və bu çətinliklər və ehtiyaclar qarşısında çıxılmaz qalan insan, sığına biləcəyi və kömək istəyə biləcəyi bir güc axtarır. Və nəhayət dua etməyə başlayır.
Beləliklə insan ehtiyaclarını qarşılaya bilmədikdə duaya müraciət etməyə başlayır. İnsanın ehtiyacları isə müxtəlif cür olur. İnsan ehtiyaclarını təsnif edənlərdən biri də Abram Masloudur. Masloua görə insanın tələbatları beş yere bölünür:

1. Fizioloji tələbatlar
2. Təhlükəsizliyə olan tələbatlar
3. Sevgiyə olan tələbatlar
4. Hörmət-Möhtərəmliyə olan tələbatlar
5. Özünü Aktuallaşdırma tələbatı
İnsan hər hansı bir şəkildə bu ehtiyaclardan və bunların xaricində var olan ehtiyaclarından hər hansı birininin ödənilməsində aciz qaldıqda bu ehtiyacları ödəyə biləcək,sonsuz xəzinələri olan və gücü hər şeyə çatan uca bir gücə sığınmaq istəyir. İnsan bu gücü inancına bağlı olaraq fərqli adlarla adlandırır.Adlar dəyişsə də lakin əsas məqsəd və məna dəyişməz olaraq qalır.


Ortaya belə bir maraqlı sual çıxır,bəs görəsən inancından asılı olmayaraq hamımızın müraciət etdiyi, dua mexanizminin bizim üçün əhəmiyyəti nədən ibarətdir???

Newsweek´in araşdırmasına görə, insanların 72%i dua edərək xəstəlikdən daha tez xilas olmağın mümkünlüyünə, duanın yaxşılaşmağı asanlaşdırdığına inanırlar.

Dr.Herbert Benson tərəfindən 10 il müddətində davam edən və 1800 adamın iştirak etdiyi araşdırma,indiyə qədərki ən etibarlı nəticələrin əldə edildiyi eksperiment kimi izah olunur. ABŞ hökumətin 2.3 milyon dollar fond ayırdığı araşdırmalardan gəlinən nəticəsi isə, dua və xəstəliklərin yaxşılaşması arasında həqiqətən də əlaqənin olmasıdır.

Duke Universiteti-nin cərrahiyə əməliyyatı keçirən 750 xəstə üzərində apardığı başqa bir araşdırmada da, "duanın yaxşılaşdırıcı gücü" elmi olaraq sübut edilmişdir. Araşdırmaların bizə verdiyi nəticə onu göstərir ki, həqiqətən də insanın hər hansı bir fövqəl qüvvəyə sığınması və dua arzusu, psixoloji olaraq bizi rahatlaşdırır. Bu prosesin necə baş verməsi elmi cəhətdən tam şəkildə izah edilməsə də, sübut olunmuşdur ki, dua oxuyan xəstələrin yaxşılaşma nisbəti digər xəstələrə nisbətən daha yüksəkdir.

Bundan başqa Chicago´daki Rush Universitetinin araşdırmasına görə,nizamlı olaraq ibadət və dua edənlərin erkən ölüm nisbəti, dinə bağlı olmayanlara nisbətən 25% daha azdır.


DUA ETMƏK bizim bu və ya digər şəkildə ehtiyac duyduğumuz və bizi psixoloji olaraq rahatlaşdıran bir prosesdir. Amma yaxşı olardı ki, təkcə çətinliyə düşəndə, problemlərimiz yaranda deyil, sevincli, xöşbəxt olduğumuz günlərdə də əllərimizi ALLAHa açıb dua edək, Şükr edək.

Category: Maraqlı | Views: 908 | Added by: light_star | Rating: 0.0/0
Total comments: 1
24.01.2010
Şərh  #1  (light_star)

oxuyun.



Only registered users can add comments.
[ Registration | Login ]
Axtarış
Arxiv
Site friends
  • 3w.santra.tk

  • | Copyright MyCorp © 2024 | |