“Eurovision-2010”-da namizədlərimiz uğur qazana biləcəklər? - 7 February 2010 - Ən yeni xəbərlər, oyunlar,proqramlar yalnız bir arada
Cümə axşamı, 08.12.2016, 20:09
Main
Registration
Login
www.Elegant-az.tk
Welcome Qonaq | RSS
Site menu
Bölmələr
Programlar
Musiqiler
Resimler
Mobil dunya
Xeberler
Avto dunya
Idman
Xaker
Oyunlar
Azeri programlar
Video
Kino ve klipler
Yumor
Suallar və Cavablar
Maraqlı
Mini çat
Sorğu
Siz hansı klubun azərkeşisiniz?
1. Galatasaray
2. Fenerbahce
3. Barcelona
4. Besiktas
5. Inter Baki
6. Manchester United
7. Chelsea
8. Liverpool
9. Juventus
10. Roma
11. Qarabagh
12. Real Madrid
13. Arsenal
14. Milan
15. Inter
Total of answers: 25

Indi saytda 1
Qonaq 1
İstifadəçilər 0
Main » 2010 » Fevral » 7 » “Eurovision-2010”-da namizədlərimiz uğur qazana biləcəklər?
11:54
“Eurovision-2010”-da namizədlərimiz uğur qazana biləcəklər?
 








Xatırladaq ki, 6 namizəd  (Azad Şabanov, Ülviyyə Rəhimova, Məryəm Şabanova, Səfurə Əlizadə, Elli Miçiyeva və "Milk&Kisses” qrupu) arasında üç iştirakçı finala çıxdı. Final mərhələsində "Milk&Kisses” qrupu, Səfurə Əlizadə və Məryəm Şabanova yarışacaqlar.

Tanınmış şoumen Kamran Həsənli bu nəticəni normal hesab etsə də, həmin 3 namizədin "Eurovision-2010”da uğur qazanacağına inanmır. O, Milli.Az xəbər portalına açıqlamasında bildirib ki, budəfəki seçimin "Eurovision-2010”da qalibiyyəti təmin edəcəyi inandırıcı görünmür:  "Olanımız budur, neyləyək? Amma onlardan uğur gözləmək çətin olacaq. Düşünürəm ki, bu dəfə müsabiqədə uğur qazana bilməyəcəyik. Fikrimcə, ötən dəfəki sənətçilər səviyyəcə daha güclü idilər” - deyə K.Həsənli bildirib.

O, əlavə edib ki, "Eurovision-2010” Azərbaycanın tanınması üçün böyük önəm daşıyır. Çünki bu, bir siyasi müsabiqədir. K.Həsənlinin fikrincə, Avropanın böyük dövlətləri bu müsabiqəyə ciddi önəm vermirlər, lakin "Eurovision" Azərbaycan kimi müsabiqəyə yeni qoşulan dövlətlər üçün əhəmiyyətlidir.

K.Həsənli hesab edir ki, caz ifaçısı Əzizə Mustafazadə bircə dəfə "Eurovision" səhnəsinə çıxarılsaydı, Azərbaycanın iştirakı "bomba” kimi partlayardı.
 
Bəstəkar Vüqar Camalzadə isə seçimin nəticəsi ilə bağlı nikbin fikirdədir. O, bildirib ki, "Milk&Kisses” qrupu, Səfurə Əlizadə və Məryəm Şabanova maraqlı seçimlər idi. Ən maraqlı məqam müsabiqəyə gedəcək bir nəfər iştirakçının seçilməsində yaşanacaq: "Bu tur, müsabiqənin özü deyil, ona hazırlıqdır. Belə bir çıxış festivalın özündə olsaydı, müzakirə etmək olardı. Qısa müddətdə namizədlər əllərindən gəlini ediblər və bunu qiymətləndirmək lazımdır”.

V.Camalzadə hesab edir ki, seçilən 3 namizədin hər biri müsabiqədə uğur qazana bilər. "Seçilənlər istedadlı gənclərdir, çox şey müsabiqədə oxunacaq mahnıdan və iştirakçının hazırlığından asılı olacaq" - deyə bəstəkar bildirib.

Category: Xeberler | Views: 546 | Added by: Creative | Rating: 0.0/0
Total comments: 2
08.02.2010 Spam
Şərh  #2  (light_star)

safura getse yaxsi olar. angel angel



07.02.2010 Spam
Şərh  #1  (bahruz96)

mence yox cry



Only registered users can add comments.
[ Registration | Login ]
Axtarış
Arxiv
Site friends
  • 3w.santra.tk

  • | Copyright MyCorp © 2016 | |