Cümə, 29.03.2024, 19:34
Main
Registration
Login
www.Elegant-az.tk
Welcome Qonaq | RSS
Site menu
Bölmələr
Programlar
Musiqiler
Resimler
Mobil dunya
Xeberler
Avto dunya
Idman
Xaker
Oyunlar
Azeri programlar
Video
Kino ve klipler
Yumor
Suallar və Cavablar
Maraqlı
Mini çat
Sorğu
Siz hansı klubun azərkeşisiniz?
1. Galatasaray
2. Fenerbahce
3. Barcelona
4. Inter Baki
5. Besiktas
6. Manchester United
7. Chelsea
8. Inter
9. Milan
10. Roma
11. Juventus
12. Qarabagh
13. Real Madrid
14. Arsenal
15. Liverpool
Total of answers: 25

Indi saytda 1
Qonaq 1
İstifadəçilər 0
Main » 2010 » Yanvar » 24 » Müsəlman aləminin ən böyük rəsədxanası.
15:01
Müsəlman aləminin ən böyük rəsədxanası.
                          http://anspress.com/images/photos/8436.jpg

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə yaradılıb. Rəsədxananın yaradılmasında əsas məqsəd respublikada qədim ənənələrə və köklərə malik olan astronomiya elminin dirçəlişi, ölkənin intellektual potensialının strateji kosmik tədqiqatlara cəlb edilməsi olub.
1960-1970-ci illərdə ŞAR-a müasir teleskoplar alınmış, kadr hazırlığı, müvafiq infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülüb. Bu dövrdə rəsədxana böyük irəliləyiş nəticəsində keçmiş SSRİ-nin ən böyük üç rəsədxanasından birinə çevrilib.

Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 m. hündürlükdə yerləşir və buna görə dünyanın bir sıra astronomik rəsədxanalarını qabaqlayır. Rəsədxananın yerləşdiyi nöqtənin coğrafi enliyi 40 dərəcə təşkil edir. Bura çətin müşahidə olunan cənub göyünün öyrənilməsində müəyyən üstünlüklərə malikdir. Burada müşahidə olunan aydın gecələrin sayı 190-200 təşkil edir ki, bu mənada da ŞAR dünya rəsədxanalarının əksəriyyətini üstələyir.
Şamaxı rəsədxanası müsəlman aləmində ən böyük rəsədxanadır.

Marsda və Ayda bir neçə krater ŞAR əməkdaşlarının adı ilə adlandırılıb. Azərbaycan astronomlarının qazandığı nüfuz sayəsində Beynəlxalq Astronomiya İttifaqı bir sıra kiçik planetlərə Azərbaycan adları (Nizami, Tusi, Cavid, Maqomayev, Azərbaycan, Şamaxı rəsədxanası və s.) verib.
Qeyd edək ki, rəsədxanada aparılan təmir işlərindən sonra yeni cihazların quraşdırılmasına başlanılıb. Rəsədxananın elmi katibi Vaqif Xəlilovun sözlərinə görə, ən böyük 2 metrlik teleskop Çexiya şirkəti mütəxəssisləri tərəfindən modernləşdiriləcək və onun idarə olunması tam avtomatlaşdırılacaq.

Göy cisimlərinin əksinin alınması üçün işlədilən spektoqraf aparatı isə artıq yenilənib.V.Xəlilov deyir ki, bu da ulduzların müşahidəsini apararkən onların ətrafında ekzoplanetlərin yaranması və ümumiyyətlə planetlərin olması barədə məlumatlar toprlanmasına kömək edəcək.

Yeni spektoqraf teleskopun modernləşdirilməsindən sonra işə salınacaq. Yəni yenilənmədən sonra köhnə avadanlıq vasitəsi ilə planetlərin və göy cisimlərinin bu əkslərinin keyfiyyəti bir neçə dəfə yüksələcək. Təbii ki, bununla aparılan astroloji tədqiqatların da səviyyəsi və elmi sanbalı qat-qat çoxalacaq. Bir sözlə, Azərbaycan astrofizikləri göy cisimlərinin yaranması, hərəkəti və kainatın dinamikası barədə müstəqil olaraq fikir irəli sürə biləcək.

Hələlik isə rəsədxana köhnə, yəni bir qədər əvvəlki nəsil avdanlıqlarla işləyir.

Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanasının 50 illik yubileyi ilə bağlı Milli Elmlər Akademiyasında tədbirlər planı da hazırlanıb. Ən əsası isə bu il Bakıda Astrofizikaya dair beynəlxalq elmi konfrans təşkil ediləcək.
Category: Xeberler | Views: 783 | Added by: Creative | Rating: 0.0/0
Total comments: 1
28.01.2010
Şərh  #1  (light_star)

xebere gore tesekkurler.



Only registered users can add comments.
[ Registration | Login ]
Axtarış
Arxiv
Site friends
  • 3w.santra.tk

  • | Copyright MyCorp © 2024 | |