Rayon Polis Şöbəsindən
verilən məlumata görə, hadisə yanvarın 23-də saat 16.30 radələrində
şəhər 1 saylı orta məktəbin həyətində baş verib.
1994-cü il təvəllüdlü Əzizov İlkin Mirağa oğlu
sinif yoldaşları ilə məktəbin meydançasında futbol oynayarkən top
yaxınlıqdakı ağacın üstünə düşüb. İ. Əzizov topu götürmək üçün ağaca
çıxıb. Ərazidən keçən elektrik naqili qırılaraq ağacın üstünə
düşdüyündən cərəyan ağaca çıxmış məktəblini vuraraq 3 metr hündürlükdən
yerə çırpıb.
İ. Əzizov Məktəbli ölümcül vəziyyətdə Bakı şəhər 1 saylı Klinik
Xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb. Xəstəyə ağır kəllə-beyin
travması, baş və beyin kötüyünün əzilməsi, sol təpə gicgah, sol əl və
sağ ayağın yanıq yarası diaqnozu qoyulub. Hazırda onun vəziyyəti
ağırdır.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.