1) Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur: -Oğlan, siz bu kənddənsooz? Oğlan: -Mən bu kənddənəm, eşşək Şəkidən. Lütvəli: -Artıq benzinin varmı? Oğlan eşşəyin quyruğunu qaldırıb deyir: -Nolu göstərir. 2) Bir nəfərin dişlərinin hamısı «protez» (qayrılma diş) olur. Onun dişlərinin yeri ağrıyır. Elə hesab edir ki, ağrıyan dişidir. Protezi ağzından çıxarıb yerə qoyur və deyir: -İndi nə qədər ağrıyısan ağrı, sora ağzıma qoyaram. 3) Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir: -Bu nə eybəcər adamdır! Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb ülür. Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir: -Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub. Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir: -Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf… 4) Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca. Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə. Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar. Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir: -Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə. Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür. Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atıb evinə gətirir. Sonralar ayının dərisini hamıya göstərib deyirmiş ki, görən kimi üstünə cumdum, boğazınnan yapışıb boğdum. Amma dəymiş armud görəndə meyvənin sarılığı üzünə keçirdi. 5) Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-bikinnən evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı. -Ay uşaq, habra bir bıçah gətir, xoruzun başını üzüm. Sonra da xoruzu hinə buraxırdı. Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan? Hacı dayı deyir: -Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yeyirik. Yansınnar. 6) Şən keçməsi üçün şəkili Bəhlul adlı bir baməzəni məclisə qonaq çağırırlar. Qonaqlıq yağışlı və soyuq vaxta təsadüf edir. Bəhlulun ayaqqabıları və corabları yırtıq imiş, ayaqları suyun, palçığın içində olur. Bəhlul corabları çıxarıb ayaqqabısının içinə qoyur, yalın ayaqla məclisə girir. Bəhlulu belə halda görən qonaqlar təəccüüblə soruşurlar: -A, Bəhlul, həbilə soyuqda corablaroo niyə çıxartmısan? Bəhlul özünü sındırmadan deyir: -Corabları təzə almışam, ayağımı sıxır. 7) -Xala izin ver göbəyo üstündə qoz sındırım. -Sənin ki könlündə biclik yoxdursa, bir daş altda qoy, bir daş üstə, sındırıb ye. 8) Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş. Bir gün qaynatası onlan soruşur: -Axırı qızımın uşağı oldumu? Gəlin başı ilə «hə» işarəsi verir. - Oğlan oldu, yoxsa qız? Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur, sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıyla göstərir ki, beləsindən olub. 9) Qızla oğlan(proqramçı) gecə vaxtı, ağacın altında öz sirləri barədə söhbət edirlər. Qız soruşur: - Sirrini dəyə bilərsən əzizim? Oğlan: - Əlbəttə ki, buyur
10) Hacı dayı həmişə deyərmiş ki, insanın sağlamlığı dörd şərtlə bağlıdır. Hayındı kim bunnara düzgün əməl eləsə, azarlamaz. Soruşurlar: -Hansılardır o şərtlər? Cavab verir: -Ayağını isti saxla, Başını sərin. Yeməyi unutma, Düşünmə dərin.
|