Almaniyanın "Audi" avtomobil konserni fevralın
15-dən etibarən özünün
"A3" modelinin istehsalını dayandıracaq. Amma konveyernin saxlanılması
cəmi bir həftə çəkəcək. Buna səbəb isə son zamanlar bu model avtomobilə
olan tələbatın ciddi şəkildə azalmasıdır.
"A3" modelinə tələbatın azalmasına səbəb bu modelin nisbətən köhnəlməsi
və avtomobil istehsalı sənayesinə dövlət dəstəyinin tamamilə
kəsilməsidir. Biz tam olaraq əminik ki, konveyerin dayandırılması bir
həftədən çox uzadılmayacaq",-deyə "Audi" rəsmisi Antye Bauer bildirib
Bu modelin istehsalının saxlanılması 4 500 nəfər işçinin digər
konveyerlərə köçürülməsi, yaxud da məcburi məzuniyyətə göndərilməsi ilə
nəticələnəcək. Ümumilikdə isə bu zavodda 32 min nəfər işçi işləyir.
Amma bununla belə, "Audi" şirkəti bu il ərzində bir milyondan artıq "A3"
modeli satmaq niyyətindədir. Ötən il isə konsern "A3" modelli 949 700
ədəd avtomobil satıb. Bu, 2008-ci ildəki satışlardan 5,4 faiz azdır.
Ümumlikdə isə bütün dünya üzrə 1 003 469 ədəd "Audi" avtomobili
satılıb. Bu, həmin brend üçün rekord göstəricidir