Azərbaycan əhalisinin sayı 9 milyona çatıb.Ötən
gecə əhalinin sayını 9 milyona çatdıran körpə Naxçıvan şəhərində
doğulub. Yeni doğulan körpə oğlandır.
Statistika Komitəsinin statistik məlumatlar şöbəsinin müdiri Mehri
Əmirovanın sözlərinə görə, uşaq gecə saat 05:00 radələrində Naxçıvan
şəhərinin mərkəzi Naxçıvan xəstəxanasında dünyaya gəlib. Onun çəkisi 2
kq 900 qram, boyu isə 49 santimetrdir. "Uşağın valideynləri milliyətcə
azərbaycanlıdırlar.