Rusiyanı "Eurovision-2008”
müsabiqəsində təmsil edəcək Dima Bilanın yarışda ifa edəcəyi "Believe
me” mahnısına çəkilən klipi piratlar tərəfindən oğurlanıb. APA-nın
Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, tam hazır olmayan
klipin DVD versiyası Amerikada bir studiyada unudulub. Nəticədə heç
yerdə nümayiş olunmayan klip Rusiyaya çatmamış piratların əlinə keçib.
Piratlar həmin klipi bəzi yerlərdə nümayiş etdiriblər. Klipin son
variantı isə yaxın vaxtlarda hazır olacaq. Klipdə Dima Bilanla yanaşı,
fiqurlu konki sürən Yevgeni Plyuşenko və skripkaçı Edvin Marten
çəkilib. "Believe me” mahnısına çəkilən klipdə üç dost xeyriyyə konserti verərək xəstə bir uşağı xilas edir.
Qeyd edək ki, klipin çəkilişləri iki həftə əvvəl Moskvada aparılıb.