Belə ki, komandanın baş meneceri Haldun Üstünel "Mançester
Siti"nin 18 milyon funt-sterlinqə Moskva SSKA-sından aldığı, sonradan
"Evertona" icarəyə verdiyi braziliyalı gənc hücumçu Silva Jo ilə
anlaşıb. Futbolçu bir il "Qalatasaray"da icarədə olacaq.
Ancaq komandanın baş məşqçisi
Frank Raykaard Üstüneldən həm də Dos Santosu transfer etməyi istəyib. Bu
məqsədlə menecer İngilətərədən İspaniyaya yollanacaq və "Barselona"
rəhbərliyi ilə danışıqlar aparacaq.
Türkiyə mətbuatının gümanına görə,
Santos "Qalatasaray"da oynamağın əleyhinə deyil. Bunu futbolçunun
Raykaardla dostluq əlaqələrinə əsasən iddia edən həmkarlarımız həmçinin
bildirir ki, Üstünel katalonlarla texniki şərtləri razılaşdıra bilsə,
Dos Santos Türkiyədə oynayacaq.