FİFA və "Adidas” şirkəti futbol üzrə 2010-cü il dünya çempionatının rəsmi topunu təqdim ediblər.
Lent.az-ın "RİA Novosti”
agentliyinə istinadən verdiyi məlumata görə, "Cabulani” (bantu dilindən
tərcümədə "bayram etmək”) adlanan top dekabrın 4-də CAR-ın paytaxtı
Keyptaunda göstərilib.
Yeni top termik işləmə ilə birləşdirilən 8 paneldən ibarətdir. O, ideal
dairəvi olduğundan, indiyə kimi yaradılan ən dəqiq top sayılır.
Top 11 rəngə boyanıb. Bu, komandanın 11 oyunçusunu, CAR-ın 11 rəsmi dilini, ölkənin 11 tayfasını tərənnüm edir.
"Cabulani” hələ 2008-ci ildə İtaliyanın "Milan” və Almaniyanın
"Bavariya” klubları tərəfindən sınaqdan keçirilib. Top bu gündən
etibarən rəsmən satışa çıxarılır.
Dekabrın 4-də Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun
şəhərində 2010-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının
final mərhələsinin püşkü atılıb.
Lent.az-ın məlumatına görə, təntənəli mərasimi aparıcıları məşhur
aktrisa Şarliz Teron və FİFA-nın baş katibi Ceromom Valke olub. Onlara
qaçış idman növü üzrə məşhur idmançı, efiopiyalı Xayle Qebreselassie və
futbolçu Devid Bekhem kömək ediblər.
Mərasimi milli komandaların nümayəndələri, FİFA rəhbərliyi, çempionatın
sponsorları və jurnalistlər də daxil olmaqla 3000 nəfər canlı izləyib.
Püşkatma 200 ölkədə yayımlanıb.
Püşkatmanın nəticələrinə görə, 32 ölkənin komandası aşağıdakı 8 qrupda mübarizə aparacaq:
A qrupu
1. CAR
2. Meksika
3. Uruqvay
4. Fransa
B qrupu
1. Argentina
2. Nigeriya
3. Cənubi Koreya
4. Yunanıstan
C qrupu
1. İngiltərə
2. ABŞ
3. Əlcəzair
4. Sloveniya
D qrupu
1. Almaniya
2. Avstraliya
3. Serbiya
4. Qana
E qrupu
1. Hollandiya
2. Danimarka
3. Yaponiya
4. Kamerun
F qrupu
1. İtaliya
2. Paraqvay
3. Yeni Zelandiya
4. Slovakiya
G qrupu
1. Braziliya
2. ŞKDR (Şimali Koreya)
3. Kot d İvuar
4. Portuqaliya
H qrupu
1. İspaniya
2. İsveçrə
3. Honduras
4. Çili
1/8-ə çıxacaq komandaların da qarşılaşma cədvəli müəyyənləşib
Dünən Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində 2010-cu
ildə keçiriləcək futbol üzrə dünya çempionatın qruplar üzrə komandalar
arasında keçiriləcək oyunların təqvim cədvəli açıqlanıb. Lent.az-ın
"korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, açılış
oyununda Cənubi Afrika Respublikası (CAR) və Meksika yığmaları üz-üzə gələcəklər.
Təqvim cədvəlini təqdim edirik:
1-ci tur:
A qrupu 11 iyun. CAR - Meksika, Uruqvay - Fransa
V qrupu 12 iyun. Argentina - Nigeriya, Koreya - Yunanıstan
C qrupu 12 iyun. İngiltərə – ABŞ. 13 iyun. Əlcəzair - Sloveniya
D qrupu . 13 iyun. Almaniya - Avstraliya, Serbiya - Qana
E qrupu 14 iyun. Hollandiya – Danimarka, Yaponiya - Kamerun
F qrupu 14 iyun. İtaliya - Paraqvay. 15 iyun. Yeni Zelandiya - Slovakiya
G qrupu . 15 iyun. Braziliya – ŞKDR, Kot-d İvuar - Portuqaliya
H qrupu 16 iyun. İspaniya - İsveçrə, Honduras - Çili
2-ci tur:
A qrupu. 16 iyun. CAR - Uruqvay. 17 iyun. Fransa - Meksika
B qrupu. 17 iyun. Argentina - Koreya, Yunanıstan - Nigeriya
C qrupu. 18 iyun. İngiltərə – Əlcəzair, Sloveniya - ABŞ
D qrupu. 18 iyun. Almaniya - Serbiya. 19 iyun. Qana - Avstraliya
E qrupu.. 19 iyun. Hollandiya - Yaponiya, Kamerun - Danimarka
F qrupu. 20 iyun. İtaliya – Yeni Zelandiya, Slovakiya - Paraqvay
G qrupu.20 iyun. Braziliya - Kot-d İvuar. 21 iyun. Portuqaliya -ŞKDR
H qrupu. 21 iyun. İspaniya - Honduras, Çili - İsveçrə
3-cü tur:
A qrupu. 22 iyun. Fransa - CAR, Meksika - Uruqvay
B qrupu. . 22 iyun. Yunanıstan - Argentina, Nigeriya - Koreya
C qrupu. 23 iyun. Sloveniya - İngiltərə, ABŞ – Əlcəzair
D qrupu. 23 iyun. Qana - Almaniya, Avstraliya - Serbiya
E qrupu. . 24 iyun. Kamerun - Hollandiya, Danimarka – Yaponiya
F qrupu. 24 iyun. Slovakiya - İtaliya, Paraqvay - Yeni Zelandiya
G qrupu. . 25 iyun. Portuqaliya - Braziliya, ŞKDR- Kot-d İvuar
H qrupu. 25 iyun. Çili - İspaniya, İsveçrə – Honduras