Dünyanın ən bahalı maşını hərraca çıxarılır. 1963-cü ildə istehsal
edilən və cəmi 36 ədəd olan "Ferrari-250 GTO" hərraca rekord qiymətlə
çıxıb. Maşının başlanğıc qiyməti 20 milyon dollardır.
Qeyd
edək ki, bu maşın avtomobil tarixinin ən gözəl maşınlardan hesab edilir.
Avtomobilin hazırki sahibi onu 10 il əvvəl alıb. Onun sözlərinə görə,
bu maşın qızıldan 10 dəfə sərfəli yatırımdır.