Main » 2010»Fevral»7 » “Eurovision-2010”-da namizədlərimiz uğur qazana biləcəklər?
11:54
“Eurovision-2010”-da namizədlərimiz uğur qazana biləcəklər?
Xatırladaq ki, 6 namizəd (Azad Şabanov, Ülviyyə Rəhimova, Məryəm
Şabanova, Səfurə Əlizadə, Elli Miçiyeva və "Milk&Kisses” qrupu)
arasında üç iştirakçı finala çıxdı. Final mərhələsində "Milk&Kisses”
qrupu, Səfurə Əlizadə və Məryəm Şabanova yarışacaqlar.
Tanınmış
şoumen Kamran Həsənli bu nəticəni normal hesab etsə də, həmin 3
namizədin "Eurovision-2010”da uğur qazanacağına inanmır. O, Milli.Az
xəbər portalına açıqlamasında bildirib ki, budəfəki seçimin
"Eurovision-2010”da qalibiyyəti təmin edəcəyi inandırıcı görünmür:
"Olanımız budur, neyləyək? Amma onlardan uğur gözləmək çətin olacaq.
Düşünürəm ki, bu dəfə müsabiqədə uğur qazana bilməyəcəyik. Fikrimcə,
ötən dəfəki sənətçilər səviyyəcə daha güclü idilər” - deyə K.Həsənli
bildirib.
O, əlavə edib ki, "Eurovision-2010” Azərbaycanın
tanınması üçün böyük önəm daşıyır. Çünki bu, bir siyasi müsabiqədir.
K.Həsənlinin fikrincə, Avropanın böyük dövlətləri bu müsabiqəyə ciddi
önəm vermirlər, lakin "Eurovision" Azərbaycan kimi müsabiqəyə yeni
qoşulan dövlətlər üçün əhəmiyyətlidir.
K.Həsənli hesab edir ki,
caz ifaçısı Əzizə Mustafazadə bircə dəfə "Eurovision" səhnəsinə
çıxarılsaydı, Azərbaycanın iştirakı "bomba” kimi partlayardı.
Bəstəkar
Vüqar Camalzadə isə seçimin nəticəsi ilə bağlı nikbin fikirdədir. O,
bildirib ki, "Milk&Kisses” qrupu, Səfurə Əlizadə və Məryəm Şabanova
maraqlı seçimlər idi. Ən maraqlı məqam müsabiqəyə gedəcək bir nəfər
iştirakçının seçilməsində yaşanacaq: "Bu tur, müsabiqənin özü deyil, ona
hazırlıqdır. Belə bir çıxış festivalın özündə olsaydı, müzakirə etmək
olardı. Qısa müddətdə namizədlər əllərindən gəlini ediblər və bunu
qiymətləndirmək lazımdır”.
V.Camalzadə hesab edir ki, seçilən 3
namizədin hər biri müsabiqədə uğur qazana bilər. "Seçilənlər istedadlı
gənclərdir, çox şey müsabiqədə oxunacaq mahnıdan və iştirakçının
hazırlığından asılı olacaq" - deyə bəstəkar bildirib.