Şamaxıda nadir hesab olunan
hadisə baş verib. Bir gənc ailənin üçəm uşağı dünayaya gəlib. Uşaqların
hər üçü oğlandır...
Şamaxı sakini Sadəgül Kərimovanın dünyaya gətirdiyi üçəm bütün
ailəyə sevinc bəxş edib.
Baxmayaraq ki, doğuş vaxtından əvvəl gerçəkləşib. Bununla belə
həkimlər uşaqların və ananın vəziyyətinin normal olduğunu deyirlər.
Ailənin ilk körpələri olan üçəmlər, eləcədə anaları 3 gündən
sonra evlərinə buraxılacaqlar. Körpələr bütün tibbi müayinədən keçib və
onlar ciddi həkim nəzarətində saxlanılır.
Qadın və həyat yoldaşı isə hal hazırda işsizdir. Üçəmlərlə
birlikdə ailə yeni bir həyata başlamaq arzusu ilə yaşayır..