Cümə axşamı, 28.11.2024, 19:39
Main
Registration
Login
www.Elegant-az.tk
Welcome Qonaq | RSS
Site menu
Bölmələr
Programlar
Musiqiler
Resimler
Mobil dunya
Xeberler
Avto dunya
Idman
Xaker
Oyunlar
Azeri programlar
Video
Kino ve klipler
Yumor
Suallar və Cavablar
Maraqlı
Mini çat
Sorğu
Siz hansı klubun azərkeşisiniz?
1. Galatasaray
2. Fenerbahce
3. Barcelona
4. Inter Baki
5. Besiktas
6. Manchester United
7. Chelsea
8. Inter
9. Milan
10. Roma
11. Juventus
12. Qarabagh
13. Real Madrid
14. Arsenal
15. Liverpool
Total of answers: 25

Indi saytda 21
Qonaq 21
İstifadəçilər 0
Main » 2010 » Yanvar » 19 » Görəsən körpələr nə deyir???
22:50
Görəsən körpələr nə deyir???

Təzə doğulan uşaq günün yarıdan
çoxunu yatır. Birinci ayın sonunda uşaqlar adətən sutkada 16-18 saat
yatırlar.Problem odur ki, uşaqlar istənilən saatda, hətta gecə də
oyanırlar. Çağanın tez-tez oyanması normaldır, yeni doğulan körpələr
heç vaxt bir dəfəyə 3-4 saatdan artıq yatmırlar və siz oyanan balanıza
cəld—30 saniyə ərzində reaksiya verməlisiniz.








Uşağın oyanmasının bir neçə səbəbi var:



- Çox vaxt onlar açanda ayılırlar.

-Bəzənsə yerlərinin dəyişdirilməsini istəyirlər (Çağalar ilk aylarda
özləri çönə bilmir. 2-4 ay tamam olanda yerini rahatlamağı körpənin öz
ixtiyarına vermək olar).Siz balanıza öyrəşdikcə onun nə vaxt və niyə
oyandığını biləcəksiniz. Balanız gözlədiyinizdən tez, ya gec oyanarsa,
diqqətli olun.

-Ola bilər uşaq xəstələnib, ya dişi çıxır, ya da böyüdüyündən daha çox yemək istəyir.



Otağın temperaturu 20-22 dərəcədən çox olmamalıdır.








Soyuqdan qorunmaq üçün uşağı bərk bələməyə ehtiyac yoxdur. Otağın
temperaturu 24 dərəcədirsə, körpənin üstünə bir döşəkağı atsanız,
kifayətdir. Temperatur 21 dərəcə olsa, döşəkağına ədyal salın. Otağın
temperaturu 18 dərəcədirsə, yorğana ehtiyac var.Otağın temperaturu
normal olsa yaxşıdır, çünki uşağı yatırdanda baş örtüyünü çıxarmaq
lazımdır.



1 yaşına çatmamış uşağın üstünə yun yorğan və ya ədyal salmaq məsləhət deyil.



Döşəkağını isə yalnız onun sinəsinə qədər çəkmək olar. Uşağın əl-ayağı
sərin olsa belə, qarnı istidirsə, soyuqdan qorxmağa dəyməz.








Uşaq olan otaqda heç bir texniki avadanlıq saxlamayın.



Onun çarpayısı qızdırıcıdan, pəncərədən aralı olmalıdır. Otağın
havasını tez-tez dəyişin.Çarpayının yanında divara heç nə asmayın.



Hər bir uşaq özünəməxsusdur. Bəziləri yatmaq istəyəndə vurnuxmağa
başlayır, bəziləri gözlərini ovxalayır, ya öz qulağını dartır, bəziləri
isə gözlərini boşluğa zilləyir. Balanızın yatmaq istədiyini bilən kimi
qoyun yatsın.








Amma uşağı heç vaxt qarnı üstündə yatırtmayın.Çağa yatağa mütləq arxası üstə qoyulmalıdır.



Çağanın döşəyi bərk olmalıdır. Onu balıncın üstündə, yumşaq tük
doldurulmuş döşəkdə, içi doldurulmuş heyvan dərisi üzərində yatırtmaq
olmaz!

Bir yaşa qədər uşağın başının altına balınc qoymayın.

Döşəyin bir hissəsini azca qaldıra bilərsiniz.

Gecəylə gündüzü ayırın. İlk həftələrdə bu mümkün olmur. Amma siz
balanızı yavaş-yavaş öyrədə bilərsiniz. Uşaq gündüz saatlarında çox
yatırsa, otağı işıqlı saxlayın, pərdəni kənara çəkin, ya işıqları
yandırın.

Televizorun səsini almayın (amma
normadan yuxarı qaldırmağa da ehtiyac yoxdur!) Yedirdəndən, altını
dəyişəndən sonra balanızı maraqlandırmağa çalışın. Onunla söhbət edin,
onun əl-qolunu oynadın, oyuncaqlar göstərin.

Gecələr, əksinə, körpəniz yatmaq istəməsə belə, işıqları söndürün, ya zəiflədin.

Uşağı yedirdəndə də, altını dəyişəndə də sakit və yavaş olun. Çalışın onunla danışmayasınız.

Bir azdan görəcəksiniz ki, balanız gecələr daha çox yatır.









P.S: Allah
bütün körpələri saxlasın.Atalı-analı böyütsün.Uşaq saflıqlarını, mələk
simalarını itirməsinlər.Daima valideynlərinin fəxri və ən əsası imanlı
böyüsünlər.
Amin.İnşAllah




Category: Xeberler | Views: 834 | Added by: bahruz96 | Rating: 0.0/0
Total comments: 3
10.02.2010
Şərh  #3  (resid271)

Muellife tewekkur



19.01.2010
Şərh  #2  (bahruz96)

marqlidir



19.01.2010
Şərh  #1  (light_star)

korpeler sirindir.



Only registered users can add comments.
[ Registration | Login ]
Axtarış
Arxiv
Site friends
  • 3w.santra.tk

  • | Copyright MyCorp © 2024 | |