Haitidə yanvarın 12-də baş
vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 110 min nəfəri keçib.
Ölkənin daxili işlər nazirliyinin məlumatına görə, 7 və 5,9 bal gücündə
iki yeraltı təkanın törətdiyi dağıntılar nəticəsində 111 min 499 nəfər
həlak olub. BMT-nin son məlumatlarına görə, həlak olmuş insanlardan 80
min nəfəri artıq dəfn olunub. Təqribi hesablamalara görə, təbii fəlakət
qurbanlarının sayı 200 minə qədər arta bilər.