Bir ildir heç danışmadığı arvadından
ayrılmaq istəyən adama Hakim soruşar:
"Niyə bu bir il boyunca yoldaşına heç bir şey söyləmədin? Tək bir söz
etməmisən…"
Adam bir az əzik cavab verər:
Sözünü kəsmək istəmədim Hakim Bəy..."
Elm adamları 3 siçan üstündə 3
ölkənin içkilərinin təsirini test edirlərmiş. Fransız şərabı İngilis
viskisi və Azərbaycan arağı.
Fransız şərabını içən 1ci siçan küt deyə düşüb huşunu itirmiş.
İngilis viskisini içən 2ci siçan da küt deyə düşüb huşunu itirmiş.
Sonuncu siçana Azərbaycan arağı içirmişlər siçan bir az yelləndikdən
sonra dilə gəlib qışqırmış:
"Heeeyt gətirin o pişiyi yeyəcəm"
Adam qorxunc bir qəzada qulaqlarının
ikisini birdən itirmişdir.
Bu alışılmadıq vəziyyət onu olduqca həssas və küsəyən bir adam etmişdir.
Qəza nəticəsi sığorta şirkətindən götürdüyü rekord təzminat ağrısını
olduqca yüngülləşdirmiş və ona hər vaxt xəyalini qurduğu işini qurma
şansını vermişdir.
İnkişaf etməkdə olan kiçik bir kompüter şirkətini satın alar.
Ancaq heç idarəçilik təcrübəsi olmadığını görər və birini işə götürməyə
qərar verər.
Üç dənə namizəd seçər və hər biriylə tək-tək görüşər.
ilk namizəd olduqca yaxşıdır və adam onu sevməyə başlar.
deyərkən namizədə soruşar
- Məndə alışılmadıq bir şey görürsənm?
adam cavablar
- əgər onu nəzərdə tutursunuzsa qulaqlarınız yox.
adam kədərlənər və dərhal namizədi otaqdan qovar. ikinci namizəd
birincidən də yaxşıdır. danışmanın davamında adam eyni sualı ona da
soruşar
- məndə alışılmadıq bir şey görürsənmü?
- bəli. qulaqlarınız yox!
adam kədərli və hirsli halda onu çölə çıxarar.
deyərkən sıra üçüncü namizədə gəlir. üçüncü
hamısından da yaxşıdır. bütün suallara mükəmməl cavablar verər. adam
həyəcanla soruşar
- məndə alışılmadıq bir şey görürsənmi?
- bəli lens istifadə edirsiniz.
- adam yaxşıca həyəcanlanmışdır
- çox yaxşı! bu sənin ağıllı biri oldugunu göstərər necə anladın?
- Çox sadə qulaqların olsaydı eynək taxardın!
Biz kasıb bir ailəyik. Evimizdə tv
olmadığı üçün kinoya gedər elektrik olmadığı üçün günəş enerjisiylə
yuyunar su olmadığı üçün hazır su alarıq. Anam biz onlar kimi kasıb
olmayaq deyə qızıl yığır. Evdə pomidor xiyar bibər olmadığı üçün hər gün
restoranda yemək yeyirik. Yatağımız yox deyə oteldə yatır, saatımız yox
deyə nokia n95 istifadə edirik.Kasıblıq çətin iş yaşamağa çalışırıq.
Qızdırmalı bir kənd uşağı şəhərin ən böyük
marketində işə müraciət edər. Dünyanın ən böyük bazar mərkəzində hər şey
amma hər şey vardır. Müdir uşağı sınağa qərar verər:
-Yaxşı sabah işə başlayırsan deyər. Sabah axşam da ilk günü
qiymətləndirərik.
Ertəsi axşam müdir uşağı qarşısına alar.
-Bəli bu gün neçə satdın?
-Bir
-Nə birmi? Digərləri 20-30 satdılar. Yaxşı neçə dollar tutdu satışın?
10mu 20mi?
-3291 dollar.
Müdir çaşar.
-Necə yəni?
-Adama əvvəlcə kiçik boy bir qarmaq satdım. Sonra orta boy daha sonra da
böyük bir qarmaq satdım. Adama harada balıq tutacağını soruşdum.
Sahildə dəyincə bir gəmiyə ehtiyacı olduğunu söylədim. Gəmi hissəsinə
getdik və cüt motorlu yelkənli lüks bir yat satdım. Wolkswagen ilə bunu
çəkə bilməyəcəyini söyləyincə son model 4x4 bir jip satdım.
Müdir özündən keçər:
-Necə yəni? Bütün bunları bir kiçik qarmaq almaq istəyən adamamı satdın?
Gənc uşaq cavab verər:
- Xeyr. əslində arvadı üçün qadın paltarı almaq istəmişdi. Mən də ona
belə dedim: Həftə sonunuz məhv olmasın ən yaxşısı balığa gedin.
Məntiq və Hüquq' dərsindən keçə bilməyən
şagird professorun otağına getmiş və aralarında belə bir danışma keçmiş:
Şagird: Mövzunu həqiqətən bilirsinizmi?
Professor: Əlbəttə! Yoxsa professor olmazdım!
Şagird: Yaxşı o halda sizə bir sual soruşacağam. Doğru cavabı versəniz
gedəcəm amma bilə bilməsəniz mənə 'A' verəcəksiniz.
Professor: Razılaşdıq soruş baxaq!
Şagird: Qanuni olan amma məntiqli olmayan məntiqli olan amma qanuni
olmayan və həm məntiqsiz həm də qanuni olmayan şey nədir?
Uzun uzun düşünməsinə baxmayaraq professor problemin cavabını bilməmiş
və şagirdin imtahan kağızındakı qeydi 'A' olaraq düzəltmiş.
Professor: Sən qazandın yaxşı problemin cavabı nə idi?
Şagird: 63 yaşındasınız amma yoldaşınız 30 yaşında qanuni amma məntiqli
deyil! Yoldaşınızın 25 yaşında bir sevgilisi var məntiqli amma qanuni
deyil! Və də yoldaşınızın sevgilisinin imtahanı keçməməsi lazım olarkən
ona 'A' verməniz həm məntiqsiz həm də qanuni deyil!
Qiyamət günü gəlmiş və bütün yaxşı
qadınlar və kişilər Cənnətin qapısında toplanmışlar. Qapıdakı mələk
gəlmiş və belə demiş:
"İndi kişilər iki sıra olacaqlar arvadlarına söz keçirib onları idarə
edən kişilər bir sıra arvadlarının sözünü dinləyən kişilər də başqa bir
sıra"
Bir az sonra mələk kişilərin sıraya girib girmədiklərinə baxmaq üçün
geri gəlmiş. Bir də nə görsün: Arvadlarının sözünü dinləyən kişilərin
sırası 100 km. o biri sırada isə yalnız bir dənə adam dayanır. Mələk
hirslənmiş.
" Siz kişilər utanın halınızdan Allah sizi öz nəfəsinizdən yaratdı amma
bu adam xaric hamınız belə çıxdınız! Heç olmasa bu adamdan dərs alın sən
bunu necə bacardın dostum?"
Adam sakit cavab vermiş.
"Bilməəəəm arvadım burada gözləməmi söylədi"