Yuxu
görmək təbii haldır. İsti yataqdan qan-tər içində qalxmağımıza səbəb
hansı yuxulardır? Belə yuxuların mənasını tapmaq üçün saatlarla
internetdə gəzişir, yuxuyozma kitablarını vərəqləyirik.
Ən çox görülən 10 yuxu bunlardır:
Qovalanmaq Yuxuda
vəhşi heyvan və ya qorxduğunuz biri tərəfindən qovulursunuzsa, demək
nədənsə çəkinirsiniz və ya həyatınızla bağlı bəzi qarışıq məqamları
unutmağa çalışırsınız.
Yıxılmaq Yuxuda
yıxılmağımızı demək olar ki, hamımız görmüşük. Bəziləri bu yuxunu tərk
ediləndə, bəziləri isə gələcəklə bağlı planlarını qura bilmədikdə
görürlər.
Azmaq Ən çox görülən yuxulardandır. Belə yuxu görürsünüzsə, demək əlinizə düşən fürsətləri yaxşı dəyərləndirmiziniz.
Çılpaq qalmaq Yuxuda özünüzü insanların arasında çılpaq qalmış görsəniz, demək bədəninizin hansısa nahiyəsi xoşunuza gəlmir.
Dişsiz qalmaq Yuxuda dişlərinizin çıxarıldığını və ya ağzınızı dişsiz görsəniz, özünüzə güvənlə bağlı probleminiz var.
Yavaş hərəkət etmək Demək həyatınızda hər şey öz yolunda deyil və sizin narahatlıqlarınız var.
Uçmaq Yuxuda uçmaq xoşbəxtlik deməkdir. Bu, özünüzü hər sahədə daha yaxşı tərəfdən göstərəcəyinizə dəlalət edir.
Qapalı yerdə qalmaq Əgər
yuxuda qapalı bir yerdə qalıb, diri-diri basdırıldığınızı görürsünüzsə,
demək həyatınızda hər şey öz axarında getmir. Ya peşə seçimində səhvə
yol vermisiniz, ya da kiminsə sizə azad yaşamağa mane olduğunu
düşünürsünüz.
Sulu yuxular Əgər yuxuda suda boğulursunuzsa və ya böyük su kütləsi üstünüzə tökülürsə, demək sizi narahat edən ciddi problemləriniz var.