Nevadada yerləşlən
bu göydələnin hündürlüyü nə az, nə çox – düz 330 metrdir. Yaponiyalı
turistlərin attraksionda əylənməsi zamanı baş vermiş qəza isə yəqin ki,
onların yaddaşında əbədi qalacaq.
Karusel fırlanan zaman aşağıda
qəza törədən avtomobilin mehmanxanaya çırpılması elektrik sistemində
problem yaradıb. Nəticədə turistlər göydələnin zirvəsində başıaşağı
vəziyyətdə qalıblar. Bu vəziyyət düz 1 saat 20 dəqiqə davam edib. Hər
şey qaydaya düşdükdən sonra yaponiyalı turistlər həkimə müraciət etməli
olublar.
Maraqlıdır ki, bu hadisə attraksionda əylənmək
istəyənlərdən ibarət olan uzun-uzadı növbəni heç də qısaltmayıb...