"Çin Səddi" heç vaxt bu qədər
şirin olmayıb.
Çinlilər ölkənin simvolu sayılan səddi şokoladdan tikib. Qara
şokoladdan hazırlanan kərpiclərin ağ şokolad ilə yapışdırıldığı "şokolad
Çin Səddi" yüksək marağa səbəb olub. Tonlarla şokolad istifadəsindən
ərsəyə gələn səddın uzunluğu 10 metrdir.
Bir qrup çinli şokolad istehsalçısının təşkil etdiyi "Dünya
Şokolad Xaruqələri Diyarı" adlı sərgidə ən çox maraq çəkənlərdən biri də
bu şokolad avtomobil olub.
Müxtəlif əşyaları kopyalayaraq problem yaşayan çinlilər, bu dəfə
eyni avtomobilin şokolad modelini hazırlayıb.
Çinli şokolad istehsalçıları qədim Çin döyüşçülərini də
unutmayıblar. Sərgidə onların da şokolad modelləri hazırlanıb. Çin
kralının məzarı ətrafında guya onu qorumaqçün daşdan hazırlanan 560
əsgərin şokolad modelləri xeyli diqqət çəkib.
Şokolad istehsalçıları bu sərgidən sonra istehlakçıların bu
sahəyə marağını artırmağı hədəfləyir.