Pakistanın Cənubi Vəziristan vilayətində terrorçu-kamikadzenin
NATO qüvvələrinə məxsus tankı partlatmaq məqsədilə bombanı partlatması
nəticəsində 4 nəfər yerli sakin həlak olub. Ölənlər arasında iki uşaq da
var. "AFP” agentliyinin verdiyi
məlumata görə, kamikadze terror aktını Pakistanın Tank şəhərinin Gomal
adlı qəsəbəsində yerləşən polis bölməsinin qarşısında avtomobilə
quraşdırılmış bombanı işə salmaqla törədib.
Qeyd edək ki, 2007-ci ilin iyul ayından indiyə qədər əsasən Pakistanın
şimal-qərb və mərkəzi şəhərlərində Taliban döyüşçüləri tərəfindən
2900-dan çox insan həlak qətlə yetirilib.