Cümə axşamı, 28.11.2024, 19:36
Main
Registration
Login
www.Elegant-az.tk
Welcome Qonaq | RSS
Site menu
Bölmələr
Programlar
Musiqiler
Resimler
Mobil dunya
Xeberler
Avto dunya
Idman
Xaker
Oyunlar
Azeri programlar
Video
Kino ve klipler
Yumor
Suallar və Cavablar
Maraqlı
Mini çat
Sorğu
Siz hansı klubun azərkeşisiniz?
1. Galatasaray
2. Fenerbahce
3. Barcelona
4. Inter Baki
5. Besiktas
6. Manchester United
7. Chelsea
8. Inter
9. Milan
10. Roma
11. Juventus
12. Qarabagh
13. Real Madrid
14. Arsenal
15. Liverpool
Total of answers: 25

Indi saytda 14
Qonaq 14
İstifadəçilər 0
Main » 2010 » Fevral » 11 » Peyvənd nəyə lazımdır?
21:24
Peyvənd nəyə lazımdır?

Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından onları qorumaq, erkən yaşlarında peyvənd aparmaq lazımdır. Bəzi uşaqlarda peyvəndə ciddi reaksiya olur, məsələn, uşağın qızdırması qalxa bilər, başgicəllənməsi, halsızlıq, iştahasızlıq müşahidə olunar. Amma uşağı heç bir halda peyvənddən yayındırmayın. Uşaqları vaxtında peyvənd etməklə biz onları difteriya, iflic, tetanus və s. kimi ciddi və ölümcül xəstəliklərdən qorumuş olarıq. Təcrübəli valideynlər bilir ki, uşağın ciddi xəstəliyyə yoluxmaması peyvəndin nəticəsidir.
Uşaqların hansı yaşda hansı xəstəliklərdən peyvənd olunması barədə sizə sahə həkimləriniz mütəmadi məlumat verməlidir. Əgər həkimlər bu barədə məlumat vermirlərsə gəlin biz sizə məlumat verək:


Uşaq anadan olandan sonrakı 2 saat muddetinde hepatit B (sarılığa qarşı)
Doğulandan sonrakı 4-5 gun muddetinde BSJ-poliomielit (vərəmə və iflicə qarşı)
2 aylığında hepatit B, poliomielit, AKDS (göy öskürək, difteriya, tetanus)
3 aylığında AKDS, poliomielit
4 aylığında hepatit B, AKDS, poliomielit
1 yaşın tamamında R-mantu (vərəmi yoxlamaq üçün sınaq)
R-mantudan 3 gün sonra QMP (qızılca, məxmərək, qulaqdibi peyvəndi)
1 yaş 8 aylıqda AKDS (AKDS-in revaksinasiyasi)
6 yaşın tamamında R-ADS (difteriya, tetanus), R-QMP
yaşdan 18 yaşa qədər hər ildə 1 dəfə R-mantu ( mantu sinağı)


Fövqəladə hallarda, yəni epidemiya olarsa, məsələn, qızılca və ya başqa bir xəstəlik epidemiya və ya pandemiya halını alarsa, yuxarıdakı siyahıdan əlavə yayılan xəstəliyə qarşı ölkədə tur şəklində peyvənd aparıla bilər.
Bundan başqa müvəqqəti olaraq, bir ölkədən başqa ölkəyə köçürsünüzsə, gedəcəyiniz ölkədə geniş yayılmış xəstəliklərin siyahısı ilə tanış olub, həkimlə məsləhətləşə, uşağınıza həmin xəstəliklərə qarşı peyvənd vurdura bilərsiniz.
Onu da qeyd etmək lazımdır ki, uşağın immunitet sistemi aşağıdırsa, bəzi xəstəliklər uşaqları təkrarən yaxalaya bilər
Unutmayın ki, xəstə və ya allergiyaya meylli uşağa peyvənd vurmaq olmaz. Peyvənd aparılmazdan əvvəl uşaq ciddi yoxlanmalı, bədən temperaturu ölçülməli, həkim uşaq haqqında ətraflı məlumat almalıdır. Xəstələnmiş uşağa peyvənd vurmaq ciddi fəsadlara səbəb ola bilər!
Category: Maraqlı | Views: 1299 | Added by: light_star | Rating: 0.0/0
Total comments: 3
12.02.2010
Şərh  #3  (ali23)

eladdir



12.02.2010
Şərh  #2  (Creative)

eladir



12.02.2010
Şərh  #1  (resid271)

maraqlidir
twk



Only registered users can add comments.
[ Registration | Login ]
Axtarış
Arxiv
Site friends
  • 3w.santra.tk

  • | Copyright MyCorp © 2024 | |