Main » 2010»Fevral»7 » Pişik Günel: «Kişilərə çox öyrəşirəm, ayrılıq isə məni depressiyaya salır» - FOTOSESSİYA
11:49
Pişik Günel: «Kişilərə çox öyrəşirəm, ayrılıq isə məni depressiyaya salır» - FOTOSESSİYA
«Artıq anlamışam ki, sevgidə bəxtim gətirmir. Mənim kişilərlə
qısamüddətli və uznmüddətli münasibətlərim olub. Lakin heç zaman bu
münasibət rəsmiliyə, ailəyə çevrilməyib. Nəticədə anlamışam ki, mən buna
getməyə hazır deyiləm», - deyə ifaçı qeyd edib.
Günel hesab edir
ki, indiyədək 3 dəfə nişanlanması və hər 3 halda nişanın geri
qaytarılması bu amillə əlaqədardır: «Amma mən keçmişimdən utanmıram».
Müğənni onu da bildirir ki, münasibətlərinin alınmamasında onun
sevgilisi olmuş kişilərin heç biri günahkar deyil: «Əgər mənim kişilərim
mənə pis münasibətdə olsaydılar və özləri üçün sadəcə əyləncə hesab
etsəydilər, onda biz evlənmə həddinədək gedib çıxmazdıq. Amma sonda nə
isə alınmayıb. Qismət deyilmiş».
Gunelin sponsoru da yoxdur.
«Bəli, həyatımda kişilər olub. Onlar məni hər şeylə təmin ediblər. İndi
isə həyatımda belə kişi yoxdur. Nə sponsorum, nə də pulum var. Səhnə isə
böyük pullar tələb edir», - deyə ifaçı bildirib: «Amma artıq heç bir
kişi ilə qeyri-rəsmi münasibət də istəmirəm. Mən hər hansı kişi ilə
yaxın münasibətlərə asanlıqla razılaşmıram. Amma sonradan ona çox
öyrəşirəm. Ayrılıq isə məni depressiyaya salır».
Günelin
sözlərinə görə, hazırda da ona çox kişilər «elçi düşür», intim münasibət
müqabilində onu hər şeylə təmin edəcəklərini bildirirlər. Lakin ifaçı
bu təklifləri qəbul etmir. Çünki ona «15 min dollarlıq avtomobil də
kifayət edir»: «Bu gün restoran və toylardan əldə edilmiş qonorar
hesabına 200 min dollarlıq maşın sürmək mümkün deyil. Belə maşınları və
mənzilləri müğənnilərə «sponsor» adlandırdıqları şəxslər alır. Mənim
sevgilim olsaydı, 15 min dollar qiyməti olan avtomobil sürməzdim. Kirayə
yox, öz evimdə yaşayardım».