İngiltərənin "Tottenhem” klubunun meksikalı futbolçusu Covanni
Dos Santosu transfer etmək üçün bir legioner futbolçusu ilə yollarını
ayırmaq məcburiyyətində qalan "Qalatasaray” seçimini Harri Kyuel
üzərində edib.
Əvvəlcə Şabani Nonda ilə
müqaviləyə xitam veriləcəyi gözlənilsə də, sonradan klub rəhbərliyi
zədəli Kyueli komandadan uzaqlaşdırmağı üstün tutub.
Klub rəhbərliyinin bu addımı
"Qalatasaray”ın oyunçuları arasında böyük həyəcana səbəb olub. İstanbul
klubunun kapitanı Arda Turan Kyuelin komandadan uzaqlaşdırılmasına "komandanın 100-də 50-si getdi” deyərək münasibət bildirib.