Futbolçunun artıq zədəsini sağaldaraq məşqlərə başladığı və 25
fevralda "Atletiko” klubu ilə Avropa Liqası turniri çərçivəsində
oynanılacaq qarşılaşmada forma geyə biləcəyi bildirilir.
Əvvəlcə 28 yaşlı Milan Baroşun
mart ayında meydanlara çıxacağı bildirilsə də, sonradan futbolçu
Almaniyada əməliyyat olunaraq daha tez zədəsini sağaldıb.
Xatırladaq ki, bir qədər əvvəl
Avstraliyada müalicə olunan zədəli Hari Kyuelin də, önümüzdəki həftə
kollektivlə birlikdə məşqlərə qatılacağı xəbərləri yayılmışdı.