Dünyanın hər tərəfində qeyd edilnən sevgililər
günü özünü sevgi yolunda fəda edən St. Valentineni xətrinə keçrilir.
Uzun əsrlər bundan əvvəl sevgililər bu günü qeyd edərkən adlarını
yumurtalara yazıb suya atır, sevgiləri naminə əllərində xüsusi kartlar
düzəldirdilər. Muasir
dünyada dəyişən hər şeylə bərabər isə sevgililərin bir-birlərinə sevgi
sübut etmə tərzləri də dəyişdi. Artıq sevgililər bir-birlərini
düşündüklərini, diqqətlərini aldıqları çiçək və hədiyyələrlə göstərməyə
çalışırlar. Sevgini ifadə üsulları dəyişsə dəyişməyən yeganə sevgi
qaldı. Sevgililər günündə gözlənilməyən hədiyyələrlə sevgilini
sevindirmək artıq bir adət halını alıb. Bu günün sevinci və həyəcanı
günlər əvvəl sevgililəri bürüyür. Nə alınacaq, həmin günə necə plan
qurulacaq kimi suallara cavab tapmaq marağı hər şeydən üstün gəlir. Hamı fərqli olmaq, fərqli bir tərzdə yadda
qalacaq qeyd etmə üçün çırpınır. Bu ki ildə bir dəfə olan gündür.. Ona
məxsusi bir hədiyyə çox sevdiyi bir gül, ya da sizin yanınızda bəyəndiyi
bir aksesuar, çoxdan bəri axtardığı bir şey ola bilər. Məhz bu
hədiyyəni gözəl bir axşam yeməyindən və ya romantik bir gəzintidən sonra
təqdim etmək onun çox ürəyincə olacaq. İndi də keçək milli
sevgililər günümüzə...? Iyunun 30-u Azərbaycanda Sevgililər günüdür.
Artıq bir neçə ildir ki, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il
20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə
bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə
əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və
bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü-
30 iyun tarixi Azərbaycan sevgililər günü kimi keçirilir. Amma məntiqə baxsaq bütün dünya 14ü qeyd
edir.Yəni Azərbaycanda 14 fevral unudula biləcəkmi? Yoxsa, hər iki
tarix, həm 14 fevral, həm də 30 iyun sevgililər arasında qeyd olunmağa
davam edəcək? Sizcə bu gün ə vaxt qeyd olunmalıdır? Siz
özünüz nə vaxt qeyd edirsiz 30 iyun yoxsa 14 fevral?