Böyük quruluşlar və
şirkətlərin şəffaflıq və müasirlik rəmzi kimi üstünlük verdiyi şüşə bina
inşaatında yenilik yaşanır.
Gözəl görünsələr də şüşə binaların yayda sərinlik, qışda isə
istilik problemi olur. Yayda şüşələr qızır, qışda isə soyuq olduğundan
şüşə binaların istiliklə təmin edilməsi çətin olur. Ancaq deyəsən ispan
mühəndislər bu problemi aradan qaldıracaq. Yeni icadla şüşə binalar öz
özünə istilənəcək.
Yeni şülşələrin içinə su yerləşdirilir. Günəş şüaları şüşəyə
vuranda içindəki su divarı termal panelə çevrilir. Bu da avtomatik
olaraq otağın temperaturunu tənzimləyir. Eyni proses qışda da baş verir.
Ancaq belə şüşəni əldə etmək biraz çətin olduğuna görə qiyməti
də digərlərinə görə bahadır. İspan mühəndislər layihəni daha da
genişləndirməyi və asan əldə edilməsini hədəfləyir.