Main » 2010»Fevral»7 » Viktoriya Bekhemin çantalarının dəyəri prezidentlərin illik maaşından çoxdur - FOTOSESSİYA
14:11
Viktoriya Bekhemin çantalarının dəyəri prezidentlərin illik maaşından çoxdur - FOTOSESSİYA
İstifadə etdiyi aksesuarlar, saç düzümləri, eynək, ayaqqabı və çantaları
ilə bir çox qadınların "moda ikonası” saydığı müğənni bahalı çantaların
xüsusi həvəskarıdır. "Daily Mail” qəzetinin yazdığına görə,
Viktoriyanın çantalarının hər biri 42 min funt sterlinq (53 min 663
manat) dəyərindədir. Özü də o, bir çantanın hər rəngindən alır.
Qəzetin
yazdığına görə, yalnız "Hermes” və "Marc Jacobs” kimi məşhur firmaların
çantalarını gəzdirən müğənninin çantalarının ümumi qiyməti yüksək
vəzifəli bir məmurun illik maaşı qədərdir. Onun çanta düşkünü olduğunu
bilən həyat yoldaşı, məşhur futbolçu Devid Bekhem Yeni il münasibətilə
Viktoriyaya 80 min funt sterlinq (102 min 216 manat) dəyərində düyməsi
brilyantdan olan çanta hədiyyə edib.